Taxta qutularda tapılan raketlər qalmaqala səbəb olub

Taxta qutularda tapılan raketlər qalmaqala səbəb olub

28 Mart 07:12
Bəyəndim (0) Bəyənmədim (0)

Yunanıstanda yerli sakinlər tərəfindən tapılan taxta qutular və onların içindəki raketlər adı çəkilən ölkədə böyük qalmaqala səbəb olub. Məlum olub ki, taxta qutulardakı raketlər ötən ilin payızında Yunanıstanın su basmış Stefanovikio hərbi aviabazasına məxsusdur. Halbuki Yunanıstan müdafiə nazirliyi su basmazdan əvvəl həmin hərbi aviabazadan silahların təhlükəsiz yerə aparıldığını bəyan etmişdi.

Məsələ ilə bağlı Helleniki Lisi parlament partiyasının lideri Kiriakos Velopulos Müdafiə naziliyinə müraciət göndərirək bu biabırçılığa aydınlıq gətiirlməsini tələb edib. Müdafiə nazirliyi cavabında bunun bir təsadüf olduğunu bildirsə də, həmin ərazidə digər daha təhlükəli silahların, partlayıcı maddələrin tapılacağı istisna edilmir. Ona görə də yerli əhaliyə aviabazaya məxsus su basmış ərazilərdən uzaq olmaq tövsiyə edilib.

Oxuməni.az