Livan İsraili münaqişəyə təhrik edir

Livan İsraili münaqişəyə təhrik edir

28 Mart 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

Qəzzada hərbi əməliyyatlara baş vuran İsrailə qarşı Livandan ikinci cəbhə açmaq cəhdləri ara vermir. Bu müstəvidə də Livan ərazisindən növbəti dəfə İsrailə 10 raket zərbəsi endirilib. Raket zərbələrinin əsas hədəfi İsrailin şimalındakı Şlomi kəndi olub.

Bu barədə məlumat verən "The Times of Israel" İsrail Müdafiə Qüvvələrinə istinadən yazır ki, hərbi hava güclərinə məxsus “Dəmir günbəz” raketdən müdafiə sistemi həmin raketlərdən 9-nu məhv edib. Raketlərdən biri isə yaşayış məntəqəsinə düşüb. Hələlik İsrail Müdafiə nazirliyi itkilər barədə hər hansı məlumat verməyib.

Öz növbəsində İsrail hərbçiləri raketlərin atıldığı Livan ərazisindəki hədəfə zərbələr endiriblər.

Oxuməni.az