İsveç vətəndaşları Ukraynada ruslara qarşı döyüşlərdə iştirak edə biləcəklər

İsveç vətəndaşları Ukraynada ruslara qarşı döyüşlərdə iştirak edə biləcəklər

28 Mart 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bu yaxınlarda NATO-ya üzv qəbul edilən İsveç öz vətəndaşlarına könüllü şəkildə Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyə icazə verib. Bununla bağlı İsveç xarici işlər nazirliyinin sözçüsü Tumas Vanesk RİA Novosti-yə verdiyi açıqlamada deyib ki, ölkə vətəndaşlarının muzdlu və ya könüllü şəkildə hərbi əməliiyatlarda iştirak etməsinə qadağa qoyulmayıb. Onun sözlərinə görə, beynəlxalq hüquq da buna qarşı çıxmır.

Tumas Vanesk onu da sözlərinə əlavə edib ki, Ukrayna İsveç vətəndaşlarından muzdlu və ya könüllü şəkildə ruslara qarşı döyüşlərdə istfadə edə bilər.

Bundan əvvəl məlum olmuşdu ki, Parisdəki Ukrayna səfirliyi tərəfindən fransızlar Ukrayna Silahlı Qüvvələri sıralarına cəlb edilib.

Oxuməni.az