Tramp prezident seçiləcəyi təqdirdə NATO dağılacaq

Tramp prezident seçiləcəyi təqdirdə NATO dağılacaq

29 Mart 07:17
Bəyəndim (0) Bəyənmədim (0)

Qarşıdan gələn prezident seçkilərinin nəticələri nəinki ABŞ-da, həm də beynəlxalq aləmdə yeni siyasi vəziyyət əmələ gətirəcək.

Bunu prezidentliyə namizəd eks prezident Donald Trampın köməkçisi Con Boltonun açıqlaması da bir daha sübut edir. O, "Le Fiqaro" nəşrinə verdiyi müsahibəsində deyib ki, Tramp yenidən prezident seçiləcəyi təqdirdə ABŞ NATO-nu tərk edəcək.

Con Bolton bunun ciddi məsələ olduğuna diqqəti cəlb edərək deyib ki, Trampın NATO-dan çıxmaq istəyinə zarafat, Avropanı hədələmək kimi baxmaq olmaz.

O xatırladab ki, hələ 2018-ci ildə Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində idi və bu məsələni gündəmə gətirmişdi. Bu isə Avropada şok əmələ gətirmişdi.

Oxuməni.az