Pribaltika ölkələri Konqresdən Ukraynaya dəstək istəyiblər

Pribaltika ölkələri Konqresdən Ukraynaya dəstək istəyiblər

19 Aprel 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

Estoniya, Latviya və Litva Ukrayna ilə bağlı ABŞ Konqresinə məktubla müraciət ediblər. Müraciəti imzalayan Estoniyanın Riigikogu sədri Lauri Hussar, Latviya Seyminin sədri Daiga Mieriņa və Litva Seyminin sədri Viktoriya Cmilyte-Nielsen bildiriblər ki, Avropa ölkələri təkbaşına ABŞ-ın iştirakı olmadan Ukraynaya yardım göstərməkdə çətinlik çəkirlər və faktiki olaraq onun öhdəsindən gəlməyə qadir deyillər.

Onlar ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Consondan xahiş ediblər ki, Ukraynaya maliyyə yardımları göstərilməsi barədə məsələni qısa müddətdə təsdiqləsin.

Oxuməni.az