
18 milyon insan kəskin aclıqla üzləşib
BMT-nin Sudan üzrə Beynəlxalq Müstəqil Araşdırmalar Missiyasının rəhbəri Mohamed Chande Othman bildirib ki, vətəndaş müharibəsinin davam etdiyi Sudanda təxminən 18 milyon insan kəskin aclıqla üzləşib.
Bir ildən artıqdır ki, Sudanda qarşıdurma olduğunu qeyd edən Othman, ölkədə beynəlxalq hüquqa məhəl qoyulmadığını bildirib.
Münaqişənin mülki əhalinin kütləvi köçkünlüyünə səbəb olduğunu qeyd edən missiya rəhbəri, "2023-cü ilin aprelində münaqişə başlayandan bəri təxminən 9 milyon insanın məcburi köçkün vəziyyətinə düşdüyünü və 1,8 milyondan çox insanın qonşu ölkələrə qaçdığını" açıqlayıb…
Oxuməni.az
Digər xəbərlər