Blinken Qəzza ilə bağlı danışıqlar aparmaq üçün İsrailə gəlib

Blinken Qəzza ilə bağlı danışıqlar aparmaq üçün İsrailə gəlib

12:47
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün İsrailə səfər edib. Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Amerika xarici siyasət idarəsinin rəhbərinin İsrailin baş naziri Benyamin Netanyahu, İsrailin müdafiə naziri Yoav Gallant və digər rəsmilərlə danışıqlar aparacağı gözlənilir.

Nəşr hesab edir ki, ABŞ dövlət katibinin səfəri Qəzza zolağında “atəşkəsə nail olmaq üçün yeni təkan” məqsədi daşıyır.

“The Jerusalem Post” yazır: “Blinken Qəzza zolağında sakinlərə əlavə ərzaq, dərman və digər humanitar yardımların çatdırılmasının vacibliyindən danışacaq və girovların azad edilməsini müzakirə edəcək”.

İsraildəki danışıqlardan sonra Blinken İordaniya və Qətərə səfər etmək niyyətindədir.

Oxuməni.az