BƏƏ  Ukraynada sülhün əldə olunmasına kömək etməyə hazırdır

BƏƏ Ukraynada sülhün əldə olunmasına kömək etməyə hazırdır

07:30
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Rusiyada Rusiya diktatoru Vladimir Putinlə görüşdən sonra Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib.

Bu barədə “Reuters” xəbər verir.

Agentliyin məlumatına görə, bazar günü Putin Moskva yaxınlığındakı iqamətgahında Məhəmmədlə qeyri-rəsmi söhbət edib.

“Biz məhbusların mübadiləsinə vasitəçilik etmək üçün səylərimizi davam etdiririk və sizi əmin edirəm ki, böhranların həlli və hər iki tərəfin maraqları naminə sülhün bərqərar olması üçün hər cür səy göstərməyə hazırıq. ”, BƏƏ prezidenti bildirib.

Məhəmməd Rusiyaya oktyabrın 22-də Kazanda başlayacaq BRİKS ölkələri qrupunun sammiti ərəfəsində gəlib.

Oxuməni.az