İsraildə İrana casusluq edən İsrail vətəndaşlarının şəbəkəsi ifşa edilib

İsraildə İrana casusluq edən İsrail vətəndaşlarının şəbəkəsi ifşa edilib

08:25
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail polisi və Şabak daxili kəşfiyyat xidməti İrana casusluq edən İsrail vətəndaşları şəbəkəsini ifşa edib. Gnlar hərbi bazalar haqqında məlumat verib, ayrı-ayrı şəxslərə nəzarət ediblər.

Bu barədə The Guardian xəbər verir.

Müstəntiqlər şəbəkənin təxminən iki il fəaliyyət göstərdiyini deyirlər. İsrail mətbuatında çıxan xəbərlərə görə, şübhəlilər İsrail bazaları və qurğuları, o cümlədən Təl-Əvivdəki müdafiə qərargahı, eləcə də Nevatim və Ramat David aviabazaları haqqında fotoşəkil çəkmək və məlumat toplamaqda ittiham olunurlar.

Nəşr qeyd edir ki, bu il Nevatim bazası İran tərəfindən iki raket hücumuna məruz qalıb və Ramat David Hizbullahın hədəfinə çevrilib.

Oxuməni.az