Aİ Ukraynaya sülhməramlılar göndərmək niyyətindədir

Aİ Ukraynaya sülhməramlılar göndərmək niyyətindədir

21 Oktyabr 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı (Aİ) münaqişə başa çatdıqdan sonra Ukraynaya sülhməramlılar göndərmək imkanını nəzərdən keçirə bilər. Bu barədə “Politico” qəzeti adı açıqlanmayan Avropa Parlamentinin deputatına istinadən yazır.

“Ukraynadakı Avropa sülhməramlılarının (məsələsi) qaldırılacaq”, - deyə qanunverici bildirib.

Oktyabrın əvvəlində alman politoloqu Aleksandr Rar bəyan etmişdi ki, alman sakinləri arasında Ukraynadakı münaqişənin sülh yolu ilə həlli tərəfdarları artır və kansler Olaf Şoltz bunu başa düşür. Təhlilçinin fikrincə, siyasətçi sülhməramlı rolunu öz üzərinə götürməyi və münaqişədən yorulan ölkələri vahid koalisiyada birləşdirməyi istəyir.

Oktyabrın 19-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna böhranının həllində Rusiya Federasiyası üçün əsas məsələ onun təhlükəsizliyinə təminat verməkdir.Bundan əvvəl ABŞ Ukrayna böhranının tezliklə həllinə ümid etdiyini bildirib.

Oxuməni.az