Pentaqon yadplanetlilərlə bağlı sualı cavablandırıb

Pentaqon yadplanetlilərlə bağlı sualı cavablandırıb

19 Oktyabr 13:14
Bəyəndim (2) Bəyənmədim (0)

Pentaqonun Yer planetinə yadplanetlilərin səfərləri ilə bağlı heç bir sübutu yoxdur. Bu barədə Amerika Hərbi Departamentinin general-mayoru Pet Rayder bildirib, “Fox News”xəbər verir.

"Həqiqət ortadadır və bizdə bu planeti ziyarət edən yad həyat formalarına dair heç bir dəlil yoxdur",- deyib general Rayder.

Sentyabrın 16-da Britaniyanın “Daily Mail” nəşri ABŞ Konqresində UNO (Uçan naməlum obyektlər və ya ingiliscə UFO (ing. unidentified flying object)) məsələsi ilə bağlı ictimai dinləmələrin keçirilməli olduğunu yazıb. Qəzet qeyd edib ki, dinləmələr ABŞ hərbi məlumatçılarının UNO-larla bağlı bəyanatlarından, həmçinin Pentaqonun keçmiş rəsmisi Luis Elizondonun veteran hərbi qulluqçunun cəsədindən çıxarılan " “yadplanetli implant" la məşğul olması barədə bəyanatından sonra baş tutmalıdır.

Mart ayında “CNN” yazıb ki, ABŞ ordusu naməlum uçan obyektləri aşkar etmək üçün portativ sistemlər hazırlayır.

Əvvəllər elm adamları istənilən yadplanetli sivilizasiyaya son qoya biləcək amili adlandırmışdılar.

Almaz Həsənli