Medvedev Rusiyanın uzunmüddətli hədəfini Qərb ölkələrinin parçalanması olduğunu deyib

Medvedev Rusiyanın uzunmüddətli hədəfini Qərb ölkələrinin parçalanması olduğunu deyib

21 Oktyabr 21:15
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın uzunmüddətli məqsədinin ABŞ-ın dağılması və ya SSRİ-nin mövcudluğu dövründə olduğu kimi bu ölkəyə qarşı mübarizə olduğunu deyib.

Siyasətçinin fikrincə, Rusiya ilə Qərb ölkələri arasında müttəfiqlik ola bilməz, çünki sonuncular daim Rusiya dövlətini gələcəkdən məhrum etməyə çalışırlar. Məhz buna görə də Medvedevin fikrincə, Rusiyanın Qərb dövlətləri ilə bağlı yeganə siyasəti onların ayrılması və parçalanması olmalıdır.

Sədr müavini hesab edir ki, Rusiya Qərbi, o cümlədən Avropanı mümkün qədər zəiflətməli və aşağılamalıdır ki, onlar Moskva ilə düşmənçilikdən əl çəksinlər.

"Bundan sonra yalnız bir məqsəd ola bilər - ABŞ-ın özünün dağılması. Yaxud, ən azı, SSRİ və Varşava Müqaviləsi ölkələrinin mövcudluğu dövründə olduğu kimi, Amerikaya qarşı tam hüquqlu kontrbalansın yaradılması olmalıdır”, - Medvedev deyib və əlavə edib ki, ŞƏT və BRİKS bu işdə kömək edə bilər.

Oxuməni.az