Avstraliya ABŞ-dan uzun mənzilli raketlər alacaq

Avstraliya ABŞ-dan uzun mənzilli raketlər alacaq

09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliya hökuməti 4,7 milyard dollar dəyərində Amerikanın uzaqmənzilli “Standard Raket” raketlərinin alınmasına dair saziş imzalayıb.

Sənəddə qeyd olunur ki, hava və raket əleyhinə müdafiə sistemlərinin gücləndirilməsi üçün “ABŞ ilə uzun mənzilli Standard Missile 2 Block IIIC SM-2 IIIC və Standard Missile 6 SM-6 raketlərinin alınmasına dair müqavilə imzalanıb. “SM-2 IIIC və SM-6 dünyanın ən qabaqcıl hava və raket əleyhinə müdafiə sistemləridir, onlar tədricən Avstraliya Hərbi Dəniz Qüvvələrinin bütün Hobart sinifli esmineslərində, sonra isə Hunter sinifli freqatlarda quraşdırılacaq”, - nazir bildirib.

MSM-2 IIIC və SM-6 raketləri “Hazırda Kral Avstraliya Hərbi Dəniz Qüvvələrində xidmətdə olan ESSM Blok 2 və Dəniz Hücum Raketlərini tamamlayaraq, yerüstü döyüş donanmasının laylı zərbə və raketdən müdafiə sisteminin bir hissəsini təşkil edəcək”.

Oxuməni.az