Putin COP29 üçün Bakıya gəlməyəcək

Putin COP29 üçün Bakıya gəlməyəcək

19 Oktyabr 12:47
Bəyəndim (2) Bəyənmədim (0)


Rusiya prezidenti Vladimir Putin BMT-nin Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya gəlməyəcək, Azərbaycan hökumətindəki mənbə “BBC”-yə bildirib.
Rusiya bu tədbirdə “baş nazir səviyyəsində” təmsil olunacaq, deyən mənbə “BBC Azərbaycanca” xidmətinə Rusiya prezidentinə digər ölkələrin liderləri ilə birlikdə dəvət aldığını təsdiqləyib.
Mənbə bildirib ki, bu, Birləşmiş Millətlər Təşkilatının tədbiridir və təşkilatçılar (indiki halda Azərbaycan hökuməti) dəvət göndərərkən ayrı-seçkilik etmirlər.
Oktyabrın 15-də Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putinin Bakı iqlim sammitində iştirakı ilə bağlı qərar “hələ qəbul edilməyib”. “Rusiya, əlbəttə ki, təmsil olunacaq”, o əlavə edib (RİA Novosti sitat gətirir).
Noyabrın 11-dən 22-dək Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı (COP29) keçiriləcək.
Almaz Həsənli