Çexiya Baş Qərargahı orduya qəbulla bağlı problemlərdən şikayətlənib

Çexiya Baş Qərargahı orduya qəbulla bağlı problemlərdən şikayətlənib

19 Oktyabr 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

Çexiyada bu il peşəkar orduya qəbul göstəriciləri qənaətbəxş deyildi. Bunu Çexiya Ordusunun Baş Qərargah rəisi Karel Rzeqka deyib.

Praqada keçirilən “Məcburi hərbi xidmətin ləğvindən iyirmi il” sərgisinin açılışında o, “Bu il rəqəmlər heç də yaxşı deyil, tendensiya isə pisdir” deyib.

Baş Qərargah rəisinin sözlərinə görə, “ordu rəqabət qabiliyyətini itirdiyi üçün” daha radikal tədbirlər görülməli olacaq. Bu gün Çexiyada heç kim məcburi hərbi xidmətin qaytarılmasından danışmır, o vurğulayıb:

"Hesab edirəm ki, yaxın gələcəkdə belə bir şey real deyil, çünki bu məsələdə ictimai konsensus yoxdur".

Lakin onun fikrincə, məcburi hərbi xidmətin ləğvinin nəticələri barədə ciddi düşünmək lazımdır.

Müdafiə nazirinin müavini Frantişek Şults əlavə edib ki, Çexiya əhali artımının azalması kimi mənfi tendensiyalarla üzləşib və bu, peşəkar orduya da təsir edir.

"Cəmiyyətin müdafiə hazırlığına yanaşması dəyişməsə, biz gələcəkdə böyük problemlərlə üzləşəcəyik" deyə Şults yekunlaşdırıb.

Oxuməni.az