Hindistan  Ukraynaya qarşı müharibəyə cəlb edilmiş 85 vətəndaşını geri qaytarıb

Hindistan Ukraynaya qarşı müharibəyə cəlb edilmiş 85 vətəndaşını geri qaytarıb

08:00
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistan Rusiyanın aldadaraq Ukraynaya qarşı müharibəyə cəlb etdiyi 85 vətəndaşını vətənə qaytarıb.

Bunu Hindistanın xarici işlər naziri Vikram Misri deyib.

“Rusiyadan 85-ə yaxın adam qayıdıb və təəssüf ki, biz münaqişə zamanı ölən 20-yə yaxın adamın qalıqlarını geri qaytardıq”, - deyə nazir bildirib.

O əlavə edib ki, hind diplomatları Rusiya ordusunun tərkibində “qeyri-qanuni və ya başqa şəkildə hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb edilmiş” hindlilərlə bağlı Rusiya Xarici İşlər Nazirliyi və Rusiya Müdafiə Nazirliyinin nümayəndələri ilə sıx əlaqə saxlayırlar.

"Bu məsələ ən yüksək səviyyədə, o cümlədən baş nazir Modi və prezident Putin tərəfindən müzakirə edilib", - Misri yekunlaşdırıb.

Oxuməni.az