Rusiya kəşfiyyatı Polşada təxribat hazırlayıb

Rusiya kəşfiyyatı Polşada təxribat hazırlayıb

08:08
Bəyəndim (0) Bəyənmədim (0)

Polşada saxlanılan 51 yaşlı Ukrayna vətəndaşı Sergey S. etiraf edib ki, “Rusiya xidmətləri ona Vrotslavı yandırmağı əmr edib”.

Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorskinin bəyanatında deyilir.

Sikorskinin sözlərinə görə, məhbusun ifadəsi onu deməyə əsas verir ki, Kreml bütün Avropada oxşar aksiyalar planlaşdırırmış.

"Avropada digər oxşar yanğın hadisələrimiz də var və biz Rusiyanın növbəti yanğınlarla bağlı planlarını bilirik. Mən bu gün Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı qərarlarını elan edəcəyəm", - nazir bildirib.

Sergey S. fevralın ortalarında Daxili Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxsin Vroslavda təxribat törətməyə, məsələn, kritik infrastrukturun yaxınlığında yerləşən obyektləri yandırmağa hazırlaşdığı iddia edilirdi. Bildirildi ki, bura boya fabriki olmalı idi.

Oxuməni.az