BRİKS sammitində Kubanı xarici işlər naziri təmsil edəcək

BRİKS sammitində Kubanı xarici işlər naziri təmsil edəcək

09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Kubanın xarici işlər naziri Bruno Rodriguez Parrilla Kazanda keçiriləcək BRİKS sammitində prezident Migel Diaz-Kanelin yerinə ölkəni təmsil edəcək.

“BRICS-in Kazan sammitində iştirak etmək üçün dəvəti qəbul etdim. Ancaq qasırğanın gəlməsi ilə çətinləşən enerji sektorunda yaranmış fövqəladə vəziyyətdə xalqla birlikdə mübarizə aparmaq üçün ölkədə qalmağa qərar verdim. ”, – prezident X (əvvəllər Twitter) hesabında yazıb.

Diaz-Kanel sammitə dəvətə görə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib və bu görüşün və BRİKS-in Kuba üçün əhəmiyyətini qeyd edib.

Oxuməni.az