Fətullah Gülən vəfat edib

Fətullah Gülən vəfat edib

21 Oktyabr 11:25
Bəyəndim (9) Bəyənmədim (0)


Türkiyədə tanınan FETÖ terror təşkilatının 2016-cı ildə dövlət çevrilişinə cəhddə təqsirləndirilən rəhbəri, ABŞ-da yaşayan vaiz Fətullah Gülən dünyasını dəyişib.

83 yaşlı Gülənin ölümü ilə bağlı məlumatı qardaşı oğlu Ebusseme Gülen CNN Türk-ə təsdiqləyib. O qeyd edib ki, qohumu oktyabrın 20-də Pensilvaniya ştatındakı klinikalardan birində dünyasını dəyişib.
Onun sözlərinə görə, son vaxtlar Gülənin səhhəti pisləşib: “Böyrək çatışmazlığı və şəkər xəstəliyindən əlavə, demensiya da var idi”.

Bəzi KİV-lər Güləni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi adlandırır. Türkiyə hakimiyyəti onu 2016-cı ilin iyulunda iki həftə davam edən və 250-dən çox insanın itkisinə, daha 2200 nəfərin yaralanmasına səbəb olan çevriliş hazırlamaqda ittiham edir.

Ankara ABŞ-dan Gülənin ekstradisiyasını tələb edib. Türkiyə hakimiyyəti FETÖ tərəfdarlarının sonuncusu məhkəmə qarşısına çıxarılana qədər onları təqib edəcəklərini bildirib.

Bu ilin mayında Ankaranın baş prokurorluğu hökumətə qarşı cinayət törətmək üçün mümkün sui-qəsdin təhqiqatına başlayıb. Ötən gün ölkə prezidenti hüquq-mühafizə orqanları sıralarında mümkün dövlət çevrilişinə cəhdlə bağlı xəbərdarlıq etdikdən sonra kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə fövqəladə iclas keçirib.
Almaz Həsənli