Seul  Rusiyadan nüvə texnologiyası ala bilər

Seul Rusiyadan nüvə texnologiyası ala bilər

08:45
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Şimali Koreyaya öz əsgərlərinin Ukraynaya qarşı müharibədə iştirakına görə yeni hərbi nüvə texnologiyası ilə yardım edə bilər.

Bunu BMT Təhlükəsizlik Şurasındakı Cənubi Koreyanın daimi nümayəndəsi Conkuk Hvanq deyib.

“Şimali Koreya öz bölmələrinin iştirakı üçün Moskvadan səxavətli ödəniş gözləyəcək. Bu, həmçinin nüvə silahları ilə bağlı texnologiyalar ola bilər”, - Hvanq bildirib.

O, Pxenyanın tezliklə Rusiyanın Ukraynaya qarşı müharibəsinin fəal iştirakçısına çevriləcəyini deyib.

Cənubi Koreya səfiri Rusiyanı bütün qoşunlarını dərhal Ukraynadan çıxarmağa çağırıb və xatırladıb ki, Ukraynada davamlı sülh yalnız BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq mümkündür.

Xatırladaq ki, Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Ukraynaya qarşı müharibəyə göndərilmək üçün Rusiyanın şərqində 11 minə yaxın Şimali Koreya piyadası hazırlanır. Onlar noyabrda döyüşə başlayacaqlar.

Oxuməni.az