Braziliya prezidenti Rusiyada keçiriləcək BRİKS sammitində içtirak etməkdən imtina edib

Braziliya prezidenti Rusiyada keçiriləcək BRİKS sammitində içtirak etməkdən imtina edib

21 Oktyabr 07:42
Bəyəndim (0) Bəyənmədim (0)


Ötən gün Rusiya diktatoru Vladimir Putin G20 sammiti üçün Braziliyaya getməkdən imtina edib. Bu gün məlum olub ki, Braziliya prezidenti Rusiyada keçiriləcək BRİKS sammitinə səfərini ləğv edib.

Bu barədə CNN Brasil xəbər verir.

Nəşr yazır ki, Luiz İnasio Lula da Silva kəllə-beyin travması alıb. Prezidentə xidmət edən komanda ona uzaq məsafələrə uçuşlar etməməyi tövsiyə edib. Beləliklə, onun Kazana səfər ləğv edilib. İndi Lula da Silva həkimlər qrupunun nəzarəti altındadır.

"Lula zədə səbəbindən Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitində iştirak etməyəcək. İcraiyyə Komitəsinin sədri iclasda videokonfrans vasitəsilə iştirak edəcək, - məlumatda deyilir.

Xatırladaq ki, oktyabrın 18-də Putin Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə həbs oluna biləcəyi təhlükəsi ilə bağlı Braziliyada keçiriləcək G20 sammitinə getməkdən imtina etmişdi.

Oxuməni.az