Türkiyənin xarici işlər naziri FETÖ liderinin ölümünü təsdiqləyib

Türkiyənin xarici işlər naziri FETÖ liderinin ölümünü təsdiqləyib

21 Oktyabr 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin xarici işlər naziri Hakan Fidan FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ABŞ-da öldüyünü təsdiqləyib.

O, Ankarada ukraynalı həmkarı Andrey Sibiqa ilə danışıqlardan sonra deyib: “Kəşfiyyat orqanlarındakı mənbələrimiz bu məlumatı təsdiqləyir".

"Bu qaranlıq təşkilatın lideri öldü. Terrorla mübarizədə qətiyyət nümayiş etdirməyə davam edəcəyik. Bu xəbər bizi zəiflətməyəcək və arxayınlığa səbəb olmayacaq", - deyə Fidan bildirib.

O, FETÖ-nü “gəncləri öz sıralarına toplayan, eyni zamanda müqəddəs dəyərlərə xəyanət edən maşın” adlandırıb.

Bundan əvvəl Gülənə yaxın Herkul portalı və Türkiyə telekanalları vaizin oktyabrın 20-də Pensilvaniya ştatındakı klinikalardan birində vəfat etməsi barədə məlumat yayıb. 83 yaşlı Gülən 1999-cu ildən ABŞ-da yaşayır.

Oxuməni.az