Almaniyada tibbi təhsili olmayan təqaüdçü kişiləri evdə axtalayırmış

Almaniyada tibbi təhsili olmayan təqaüdçü kişiləri evdə axtalayırmış

15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın 75 yaşlı sakini ona müraciət edən kişiləri axtaladığı (kastrasiya) üçün məhkəmə qarşısına çıxarılıb. Bu barədə “Daily Mail” xəbər verir.
Təqaüdçünün tibb təhsili olmayıb, əvvəllər tornaçı (tokar) işləyib. Bədən hissələrini itirmək istəyənlər onun xidmətlərini internet forumlarında öyrəniblər. Cinsiyyət orqanlarını (penisləri), ayaq barmaqlarını və xayaları kəsib. Ziyarətçilərin qəbulu düz qonaq otağında baş tuturmuş: müştəri divanda uzanırmış, təqaüdçü döşəkcədə oturub lokal anesteziya edərək onların ətini kəsməyə başlayırmış.
Hər əməliyyat ona 500-2,2 min avro (920-4050 manat-red.) qazandırıb. Təqaüdçü iddia edir ki, maddi qazanc üçün amputasiya etməyib. Onun sözlərinə görə, o, sadəcə insanlara kömək etmək istəyib.
Bədənin kəsilmiş hissələrinin hara getdiyi sirr olaraq qalır. Polis onları evində tapa bilməyib və özü də etiraf etmir.
Məhkəmədə yaşlı kişi sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunub. Hələlik təqaüdçünü 3 il on ay azadlıqdan məhrum etmək istəyirlər, amma prokuror onun üçün altı il yarım həbs istəyir.

Almaz Həsənli