Qazaxıstan KTMT birləşmələrinin statusu haqqında sazişin dəyişdirilməsini təklif edib

Qazaxıstan KTMT birləşmələrinin statusu haqqında sazişin dəyişdirilməsini təklif edib

16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birləşmələrinin statusu haqqında sazişə dəyişiklik etməyi təklif edir.

“KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birləşmələrinin statusu haqqında 2010-cu il 10 dekabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə protokolun imzalanması təklifinin Qazaxıstan Respublikası Prezidentinin müzakirəsinə təqdim edilməsi haqqında qərar qəbul edilib”, - sənəddə deyilir.

Dəyişikliklər, xüsusən, kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin Təşkilata üzv dövlətlərin ərazilərində müvəqqəti mövcudluğu üçün hüquqi bazanın təkmilləşdirilməsinə aiddir.

Sənəddə bildirilir ki, bir və ya bir neçə tərəfə qarşı silahlı basqın təhlükəsi və ya törədildikdə, böhranlı vəziyyətlərin qarşısının alınması, fövqəladə halların aradan qaldırılması, humanitar yardımın göstərilməsi razılıq əsasında birləşmələri qəbul edən tərəfin ərazisinə göndərilə bilər.

Oxuməni.az