Tbilisidə xüsusi təyinatlılarla etirazçılar arasında toqquşmalar davam edir, saxlanılanlar var

Tbilisidə xüsusi təyinatlılarla etirazçılar arasında toqquşmalar davam edir, saxlanılanlar var

3 Dekabr 08:27
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 2-də axşam saatlarında Tbilisinin mərkəzində Gürcüstan hökumətinin Aİ-yə üzvlüklə bağlı danışıqları təxirə salması ilə bağlı etiraz aksiyası davam edib. Polis çevik qüvvələri insanların üzərinə gözyaşardıcı qaz vurub və onları sərt şəkildə saxlayıblar.

Bu barədə Newsgeorgia və Echo of Caucasus xəbər verir.

Əvvəlcə etirazçılar ənənəvi olaraq parlamentin yaxınlığındakı Azadlıq meydanına toplaşıblar. Lakin xüsusi təyinatlılar gecə ara küçələrdən meydana yaxınlaşaraq su şırnaqlarından və bibər qazından istifadə etməklə insanları zorakılıqla dağıtmağa başlayıblar. Daha sonra sərt həbslər həyata keçirilib..Buna baxmayaraq etirazlar bütün gecəboyu davam edib. Hazırda etirazçılarla polis arasında Tbilisi Dövlət Universiteti qarşısında əlbəyaxa toqquşmalar baç verməkdədir.

Oxuməni.az