Yaponiya Nazirlər Kabineti Şinzo Abenin dul arvadının Trampla görüşmək planlarını şərh etmir

Yaponiya Nazirlər Kabineti Şinzo Abenin dul arvadının Trampla görüşmək planlarını şərh etmir

16 Dekabr 2024 15:22
Bəyəndim (1) Bəyənmədim (0)

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin dul arvadı Akienin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşmək planları ilə bağlı mətbuatda yayılan xəbərləri şərh etməyib.

Bir müddət əvvəl Amerika mediası Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında Akie Abe ilə görüşməyi planlaşdırdığını yazmışdı. Onun həyat yoldaşı Melaniyanın şam yeməyinə qatılacağı gözlənilir.

2016-cı ildə Yaponiyanın o zamankı baş naziri olan Abe rampla görüşüb. ABŞ-ın yeni seçilmiş prezidenti Abeni “Yaponiya tarixinin ən böyük baş naziri” adlandırıb.

Oxuməni.az