Litva Rusiya taxılının Klaypeda limanına tranzit üçün hansı bölgələrdən gəldiyini yoxlayacaq
Litva Rusiyadan gələn taxılın Klaypeda limanına tranzit üçün hansı bölgələrdən gəldiyini yoxlayacaq. Bu barədə Baltikyanı Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Facebook səhifəsində məlumat verilib.
"Kənd təsərrüfatı naziri İqnas Hofmanas ukraynalı həmkarı Vitali Koval ilə anlaşma memorandumu imzalayıb. Onun əsasında Klaypeda limanına tranzit keçən Rusiya taxılının mənşəyi yoxlanılacaq", - mətndə deyilir.
Litva təkbaşına müvafiq araşdırma apara bilməz. "Nümunələr sınaq üçün İngiltərə laboratoriyalarına göndəriləcək" dedi Hofmanas.
Oxuməni.az
Digər xəbərlər