Bəşər Əsədi zəhərləyərək öldürmək istəyiblər

Bəşər Əsədi zəhərləyərək öldürmək istəyiblər

3 Yanvar 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

Rejimin süqutundan sonra Rusiyaya qaçan Suriyanın keçmiş lideri Bəşər Əsədin zəhərlənərək öldürülməsinə cəhd edildiyi xəbəri yayılıb. Xəbərdə qeyd edilib ki, keçmiş lider Moskvada zəhərlənmə cəhdi nəticəsində şiddətli öskürməyə və boğulmalara başlayıb. Bir rus agentinin sözlərinə görə, Əsədə qarşı sui-qəsd uğursuz alınıb. Əsədin hazırda yaşadığı evdə müalicə aldığı, vəziyyətinin isə stabil olduğu bildirilib. Xəbər dünya mətbuatında geniş işıqlandırılsa da, Moskvadan heç bir açıqlama verilməyib…

Oxuməni.az