İki türk ölkəsi arasında yeni dəmir yolu xətti çəkilir

İki türk ölkəsi arasında yeni dəmir yolu xətti çəkilir

4 Yanvar 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan və Özbəkistanı 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan yeni dəmir yolu xətti birləşdirəcək.

Bu barədə “Qazaxıstan Dəmir Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, layihə ölkələr arasında ixrac daşımalarının həcmini artırmaq məqsədi daşıyır.

Yeni dəmir yolu xəttinin tikintisi yüklərin mövcud Sarıağaş-Daşkənd hissəsindən yeni xəttə yönləndirilməsinə, Sarıağaş stansiyasında sıxlığın aradan qaldırılmasına və Özbəkistana ixrac daşımalarının artırılmasına imkan verəcək.

“Bu günə kimi 203 kilometr uzunluğundakı dəmir yolu xəttinin təxminən 100 kilometrlik rels-şpal şəbəkəsinin quraşdırılması başa çatdırılıb”, - deyə məlumatda bildirilir.

Oxuməni.az