Suriya hakimiyyəti Berbokun əlini sıxmayıb
Suriyanın yeni administrasiyasının nümayəndələri ölkəyə gözlənilməz səfərlə gələn Almaniyanın xarici işlər naziri Annalen Berbokla əl sıxmaqdan imtina ediblər.
Oxuməni.az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, kadrlarda Berbokun hökumət təyyarəsinin enişindən sonra ilk olaraq təyyarədən düşdüyü və Suriyanın yeni administrasiyasının nümayəndə heyətinə tərəf getdiyi görünür. Suriyalı siyasətçilər də öz növbəsində əllərini ürəklərinə qoyub, nazirin əlini sıxmaq niyyətində olmadıqlarını açıq şəkildə ifadə ediblər. Bir az sonra alman nümayəndə heyətindən bir nəfər onlara yaxınlaşdıqda, suriyalılar isə əksinə, həvəslə əllərini uzadıblar.
Berbok Dəməşqə səfəri zamanı Rusiya hərbi bazalarının Suriyanın Latakiya əyalətindən çıxarılmasını istəyib.
Bundan əlavə, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri ölkənin yeni rəhbərliyini qadınların və etnik azlıqların nümayəndələrinin maraqlarını nəzərə almalı olan inklüziv hökumət formalaşdırmağa çağırıb. O, Qərb ölkələrinin yeni hökumətin hansı ideoloji əsaslara dayandığını bildiklərini da xatırladıb.
Almaz Həsənli