Rusiya polisi miqrantların mənzillərinə maneəsiz daxil ola biləcək

Rusiya polisi miqrantların mənzillərinə maneəsiz daxil ola biləcək

2 Yanvar 15:55
Bəyəndim (1) Bəyənmədim (0)


Rusiyada polis məmurları, deportasiya rejiminə məruz qalan miqrantlar üzərində dövlət nəzarətinin bir hissəsi olaraq, bu əcnəbilərin həqiqətən yaşadığı mənzillərə və digər binalara maneəsiz daxil olmaq hüququna sahib olacaqlar. “TASS” xəbər verir ki, müvafiq normalar martın 5-dən qüvvəyə minəcək qanunda öz əksini tapıb.
Həmçinin, polis Rusiya Federasiyasının dövlət orqanlarından və xarici dövlətlərin hakimiyyət orqanlarından dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri təşkil edən məlumat və sənədləri tələb edə biləcək, xaricetmə rejimində olan əcnəbinin bank hesablarının olması və onların nömrələri, bu hesablar üzrə pul vəsaitlərinin hərəkəti barədə banklardan məlumat almaq hüququna malik olacaq.
Martın 5-dən Daxili İşlər Nazirliyinin əməkdaşları da bu rejimdə, o cümlədən texniki vasitələrdən istifadə etməklə əcnəbi vətəndaşlara nəzarət edə biləcəklər. Bu norma həmin əcnəbilərə “Rusiya Federasiyasının ərazisində qalmalarına köməklik göstərən” fiziki və hüquqi şəxslərə də şamil edilir.
Polis mobil cihazlardan və sifətin tanınması sistemində işləyən geolokasiyadan, ödəniş sistemlərindən məlumatlardan istifadə etmək hüququna malik olacaq.
Almaz Həsənli