ABŞ-ın keçmiş prezidenti Cimmi Karter 100 yaşında vəfat edib

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter 100 yaşında vəfat edib

30 Dekabr 2024 13:36
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın 39-cu prezidenti və Nobel Sülh Mükafatı laureatı Cimmi Karter 101 yaşında vəfat edib, “The Washington Post” onun oğlu Çip Karterə istinadən yazır.
Karter 1977-ci ildən 1981-ci ilə qədər ölkə rəhbəri vəzifəsində çalışıb və bütün Vyetnam müharibəsindən yayınanlara amnistiya elan edilməsi və İsrail ilə Misir arasında Kemp Devid sazişinin bağlanması prosesində iştirakı, habelə SSRİ ilə strateji silahların məhdudlaşdırılması müqaviləsinin imzalanması ilə tanınıb.
Karter həm də prezidentlikdən sonrakı insan hüquqları və humanitar fəaliyyəti ilə tanınır. 2002-ci ildə o, dünyadakı münaqişələrin sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatını alıb.
ABŞ prezidenti Co Bayden 9 yanvarı Cimmi Karterə görə milli matəm günü elan edib.

Almaz Həsənli