Cənubi Koreyada baş verən təyyarə qəzasında  62 nəfər həlak olub

Cənubi Koreyada baş verən təyyarə qəzasında 62 nəfər həlak olub

29 Dekabr 2024 08:14
Bəyəndim (0) Bəyənmədim (0)


Cənubi Koreyanın Jeollanam-do əyalətində yerləşən Muan hava limanında sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb. Yonhap xəbər agentliyinin məlumatına görə, 62 nəfər həlak olub.

Təyyarə Banqkokdan havaya qalxıb və yerli vaxtla saat 08:30-da (Bakı vaxtı ilə 03:30) eniş etməli idi.

Yonhap-ın məlumatına görə, eniş şassisinin nasazlığı səbəbindən təyyarə gövdə ilə enməyə cəhd edib, lakin pilotlar uçuş-enmə zolağının sonuna qədər sürəti azalda bilməyiblər. Nəticədə təyyarə uçuş zolağının sonundakı hasara dəyərək yanmağa başlayıb.

İlkin məlumata görə, qəza quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbindən baş verib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 ekipaj üzvü olub. “Chosun Ilbo” qəzetinin məlumatına görə, sərnişinlər arasında 173 Koreya və 2 Tailand vətəndaşı olub.

Tailandın baş naziri Phethong Than Shinawatra həlak olanların yaxınlarına başsağlığı verib və sağ qalan Tailand vətəndaşlarına yardım göstərilməsini əmr edib.

Oxuməni.az