ABŞ-da evsizlərin sayı rekord həddə çatıb

ABŞ-da evsizlərin sayı rekord həddə çatıb

28 Dekabr 20:15
Bəyəndim (0) Bəyənmədim (0)

Son bir il ərzində ABŞ-da evsizlərin sayında rekord artım müşahidə olunub.

ABŞ-ın Mənzil İnşaatı və Şəhərsalma Nazirliyinin məlumatına görə, 2023-2024-cü illərdə evsiz qalanların sayı 18 faiz artıb. Məlumata görə, ABŞ-da evsiz qalan 771480 nəfər təhlükəsiz sığınacaqlarda yaşayıb. Ekspertlər bu rəqəmi kiçildilmiş hesab edirlər, çünki bu, zamanın bir anını əks etdirir, dostları və ya ailəsi ilə qalan bir çox insanı kənarda qoyur. Amma ən çox artım uşaqlı ailələrdə qeydə alınıb. Hesablama zamanı 150 minə yaxın kimsəsiz uşaq müəyyən edilib.

“Bu, əlçatmaz mənzil, yüksək inflyasiya, sistemli irqçilik, təbii fəlakətlər və miqrant axını kimi amillərlə bağlıdır, - deyə “Reuters” yazır.

ABŞ-da evsizlik problemi getdikcə artır. Bir çox şəhərlərdə evsiz insanların şəhərin səkilərində qurulmuş çadırlarda açıq havada yaşadığını görmək olar. Federal və regional hökumət böhranla mübarizə üçün müxtəlif strategiyalar irəli sürürlər. Təbii fəlakətlər, o cümlədən 2023-cü ilin avqustunda Havayda baş verən meşə yanğınları da evsizlərin sayının artmasında rol oynayıb. 2024-cü ilin yanvarına qədər adalarda təxminən 5 min insan evsiz qalıb.

“Bloomberg” qeyd edir ki, son on ildə ABŞ-da evsizliyin səviyyəsi mənzil xərclərinin artması nəticəsində kəskin şəkildə artıb. Belə ki, təkcə son 4 ildə kirayə pulu əməkhaqları ilə müqayisədə 1,5 dəfə daha sürətlə artıb. Eyni zamanda, mənzil xərclərinin artımı ABŞ-ın 50 ən böyük meqapolislərindən 44-də əməkhaqqı artımını üstələyib. Mənzil tikintisinin son onilliklərin ən yüksək səviyyəsinə çatması da tendensiyanı dəyişmədi.

“Evsizliyin artması, insanlara təhlükəsiz və əlverişli mənzil tapmağa və saxlamağa kömək edən resurslara və qorunma tədbirlərinə kifayət qədər sərmayə qoyulmasının faciəli, lakin proqnozlaşdırıla bilən nəticəsidir”, - deyə Milli Aşağı Gəlirli Mənzil Koalisiyasının vəzifələrini müvəqqəti icra edən baş direktor Rene Villisin aşıqlamasında deyilir.

Vəkillər, tədqiqatçılar və həyati təcrübəyə malik insanlar xəbərdar edir ki, evsizlərin sayı artmaqda davam edir, çünki getdikcə daha çox insan yüksək mənzil xərclərini ödəməkdə çətinlik çəkir.

Oxuməni.az