Almaniya prezidenti Bundestaqı buraxıb

Almaniya prezidenti Bundestaqı buraxıb

27 Dekabr 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Bundestaqda kansler Olaf Şolza etimadsızlıq səsverməsindən sonra parlamenti buraxmaq qərarına gəlib və fevralın 23-nə növbədənkənar seçkilər təyin edib.

“Bu gün mən 20-ci Bundestaqı buraxmaq və gələn il fevralın 23-nə yeni seçkilər təyin etmək qərarına gəldim”- o, Berlində mətbuat konfransında deyib. Ştaynmayer qeyd edib ki, qərar qəbul etməzdən əvvəl Bundestaqda təmsil olunan bütün partiyaların fraksiya rəhbərləri ilə məsləhətləşib və belə nəticəyə gəlib ki, nə indiki, nə də yeni hökumət heç bir tərkibdə səs çoxluğu almayacaq.

"Ona görə də mən əminəm ki, ölkəmizin rifahı naminə yeni seçkilər indi düzgün yoldur", - Almaniya prezidenti bildirib. O xatırladıb ki, Almaniyanın Əsas Qanununa əsasən, deputatlar yeni çağırış Bundestaqın təsis iclasına qədər öz işini davam etdirəcəklər. Eyni şəkildə, hökumət üzvləri yeni Nazirlər Kabineti formalaşana qədər öz vəzifələrini yerinə yetirəcəklər.

Oxuməni.az