AZAL-ın təyyarə qəzasından sonra Kadırov qardaşı oğlunu mükafatlandırıb
Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Xamzatı “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib. Bu barədə “İnsider” xəbər verir.
Mükafatlandırma mərasimi bir gün əvvəl Çeçenistan hökumətinin ilin yekunlarına həsr olunmuş iclası zamanı baş tutub.
Dekabrın 25-də səhər saatlarında Xamzat Kadırov sosial şəbəkələrdə məlumat verib ki, Çeçenistana hücum edən bütün PUA-lar vurulub. Çeçenistan Təhlükəsizlik Şurasının katibi yazıb: “Dronların hansısa obyekti vurması barədə məlumat doğru deyil, hamısı vurulub!”.
Elə həmin gün Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğradığı məlum olub. Təyyarə Qroznıda eniş edə bilməyib və qəzaya uğradığı Aktauda təcili eniş tələb edib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Qəza yerindən çəkilən görüntülərdə təyyarənin quyruğunda dəliklər göründü və bu, qəzaya səbəb olan xarici qüvvə ilə bağlı fərziyyələrə səbəb oldu. Cümə axşamı, dekabrın 26-da “Euronews” Azərbaycan hökumətindəki mənbələrə istinadən xəbər verib ki, Qroznı səmasında pilotsuz uçuş aparatlarının fəaliyyəti zamanı təyyarə Rusiyanın yer-hava raketi ilə zədələnib.
Almaz Həsənli