Azərbaycan Rusiya və Qazaxıstanın MDB Beynəlxalq Aviasiya Komitəsinin təyyarə qəzasının araşdırılması təklifini rədd edib

Azərbaycan Rusiya və Qazaxıstanın MDB Beynəlxalq Aviasiya Komitəsinin təyyarə qəzasının araşdırılması təklifini rədd edib

27 Dekabr 13:34
Bəyəndim (1) Bəyənmədim (0)

Təyyarə qəzasından sonra Rusiya və Qazaxıstan hadisənin MDB-nin Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılması təklifi irəli sürüblər. (Dövlətlərarası Aviasiya Komitəsi (DVK) mülki aviasiya haqqında dövlətlərarası saziş əsasında 1991-ci ilin dekabrında yaradılıb).

Hökumətdəki mənbələrdən APA-ya verilən məlumata görə, Azərbaycan bu təklifdən imtina edib.

Rəsmi Bakı hadisənin beynəlxalq ekspertlər qrupu və “Embraer” mütəxəssisləri tərəfindən araşdırılmasını tələb edir.

Azərbaycan hesab edir ki, bu qrup “qara qutu”nu da deşifrə etməlidir.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Oxuməni.az