Cənubi Koreya parlamenti prezidentin səlahiyyətlərini icra edənə impiçment elan edib

Cənubi Koreya parlamenti prezidentin səlahiyyətlərini icra edənə impiçment elan edib

27 Dekabr 15:57
Bəyəndim (1) Bəyənmədim (0)

Cənubi Koreya parlamenti prezident səlahiyyətlərini icra edən Xan Dok Sunun impiçmentini elan edib: Milli Assambleyanın 192 deputatı lehinə səs verib.

Xan Dok Su Cənubi Koreyanın baş naziridir. O, dekabrın 14-də Yun Sok Yolun impiçmentindən sonra ölkə prezidenti səlahiyyətlərini icra edən təyin edilib.

Dekabrın 26-da prezident səlahiyyətlərinin icraçısı əvvəlki prezidentin impiçment işinə baxmaq üçün əlavə Konstitusiya Məhkəməsi hakimlərini təyin etməkdən imtina etdikdən sonra impiçment məsələsi səsverməyə çıxarılıb. Həmçinin impiçmentə səbəb Xan Dok Sunun dekabrın əvvəlində Cənubi Koreyada hərbi vəziyyətin tətbiqində iştirak etməsi olub.

Cənubi Koreyada siyasi böhran keçmiş prezident Yun Sok Yolun dekabrın 3-də bir neçə saat davam edən hərbi vəziyyət elan etməsindən sonra başlayıb. On bir gün sonra parlament prezidentin impiçmentinə səs verdi. Hərbi vəziyyətin tətbiqindən sonra Cənubi Koreyanın siyasi sistemi mənfi nəticələrlə üzləşdi.

Almaz Həsənli