Çinin xarici işlər naziri 2020-ci ildən bəri ilk dəfə fevral ayında Yaponiyaya səfər edə bilər

Çinin xarici işlər naziri 2020-ci ildən bəri ilk dəfə fevral ayında Yaponiyaya səfər edə bilər

27 Dekabr 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin xarici işlər naziri Vanq Yi 2025-ci ilin fevralında Yaponiyaya səfər edə bilər. Bu barədə Kyodo agentliyi məlumat yayıb. Bu, Çin xarici işlər nazirinin 2020-ci ilin noyabrından bəri Yaponiyaya ilk səfəri olacaq.

Səfərlə bağlı razılıq onun yaponiyalı həmkarı Takeşi İvaya ilə dekabrın 25-də Pekində keçirilən görüşündə əldə olunub. Sonra Yaponiya Xarici İşlər Nazirliyi "Vanq Yi gələn il mümkün olan ən tez zamanda Yaponiyaya səfər edəcəyini" açıqladı.

Vanq Yinin səfəri zamanı yüksək səviyyəli iqtisadi dialoq tədbirinin də keçiriləcəyi gözlənilir.

Oxuməni.az