Neonasistlər Rusiyada müsəlman mərkəzini yandırıblar

Neonasistlər Rusiyada müsəlman mərkəzini yandırıblar

27 Dekabr 13:32
Bəyəndim (1) Bəyənmədim (0)

Dekabrın 24-dən 25-nə keçən gecə Rusiyanın Serpuxov şəhərində (Moskva vilayəti) “Nur Müsəlman” mərkəzi yandırılıb. Rusiya Federasiyasında qadağan edilmiş neonasist hərəkatının “NS/WP Crew” müəyyən “muxtar döyüş qrupu” yanğına görə məsuliyyəti öz üzərinə götürüb. Yanğın anının yayılan videosunda maskalı bir şəxs binaya “Molotov” kokteyli atır.
Oxuməni.az xəbər verir ki, bu barədə “theins.ru” yazır.
Hadisə neonasist hücumlarını izləyən “NVMP” monitorinq layihəsinin diqqətinə çatdırılıb. Layihədə qeyd olunur ki, əvvəllər bu qruplaşma adından Serpuxovda ərəb qrafikalı stiker olan avtomobil yandırılıb, həmçinin ovçu siqnalı ilə insanlara üç dəfə hücum edilib.
“Baza” Telegram kanalı yazıb ki, polis hadisə yerinə gedib və müşahidə kameralarına baxıb. Onlar biri Santa Klaus papağı taxmış iki gənci mərkəzin hasarına dırmaşarkən yaxalayıblar. Bu atributdan 2000-ci illərin sonunda “NS/WP” üzvləri istifadə edirdilər: Şaxta baba papaqları və təlxək maskaları taxaraq milli nifrət zəminində qətllər törədirdilər.
“NVMP” layihəsinin nümayəndəsi, “RTVI” ilə söhbətində, yanğının arxasında “Telegramda cəlb edilən bəzi axmaq yeniyetmələrdən ibarət yeni özıək” ola biləcəyini söylədi.

Oxuməni.az