ABŞ Ukraynaya daha bir silah paketi ayıracaq
ABŞ yaxın günlərdə Ukraynaya daha bir silah paketi, o cümlədən hava hücumundan müdafiə sistemləri təqdim etmək niyyətindədir. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən onlayn brifinqdə bildirib.
"Mən bilirəm ki, siz yaxın bir neçə gün ərzində prezident Co Bayden tərəfindən təsdiqlənmiş ABŞ-ın başqa bir hərbi yardım paketini görəcəksiniz. Bu, əlbəttə ki, hava hücumundan müdafiəni əhatə edəcək. Ukraynanın bu hücumları dəf etməsini asanlaşdırmaq üçün sistemləri, eləcə də Kursk və onun ətrafında hərbi əməliyyatlarını asanlaşdıracaq”, - Ağ Ev sözçüsü təfərrüatları açıqlamayıb.
Oxuməni.az
Digər xəbərlər