ABŞ AZAL təyyarəsinin Rusiya tərəfindən vurulduğunu istisna etmir

ABŞ AZAL təyyarəsinin Rusiya tərəfindən vurulduğunu istisna etmir

28 Dekabr 08:10
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanda Azərbaycanın “Embraer 190” təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. ABŞ bəzi ilkin əlamətlər gördü.

Bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Biz bəzi ilkin əlamətlər gördük ki, bu, təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edir", - Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ təyyarə qəzasının araşdırılmasında öz köməyini təklif edib.

Xatırladaq ki, dekabrın 25-də Qazaxıstanda, Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" sərnişin təyyarəsi qəzaya uğrayıb. O, Bakıdan Qroznıya uçurdu.

Oxuməni.az