Ukrayna Suriyaya 500 ton buğda unu göndərdi

Ukrayna Suriyaya 500 ton buğda unu göndərdi

27 Dekabr 16:31
Bəyəndim (2) Bəyənmədim (0)

Ukrayna Suriyaya ümumi çəkisi 500 ton olan buğda unu yükü göndərilib. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski X şəbəkəsində məlumat verib.
"Söz verdiyimiz kimi, biz Suriya xalqını onun üçün çətin anlarda dəstəkləyirik. Ümumdünya ərzaq proqramı ilə əməkdaşlıqda "Ukraynadan taxıl" humanitar proqramımız çərçivəsində 500 ton Ukrayna buğda unu Suriyaya yola düşüb", - Zelenski bildirib.
Eyni zamanda, prezidentin qeyd etdiyi kimi, yaxın həftələrdə 33250 ailəyə, yəni 167 min nəfərə un verilməsi planlaşdırılır. "Hər bir bağlamanın çəkisi 15 kiloqramdır və beş nəfərlik ailəni bir ay ərzində yedizdirə bilər", - prezident əlavə edib.
Zelenski Suriya və onun xalqına təhlükəsizlik, sabitlik və bərpa arzulayıb. “Biz bunların əsl dəyərini bilirik”, - deyə dövlət başçısı qeyd edib.
Ukrayna KİV-ləri xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin tapşırığı ilə hazırda logistika marşrutları və Suriyaya ərzaq tədarükü imkanları üzərində işləyir.

Almaz Həsənli