Qazaxıstanlılar Azərbaycanın Astanadakı səfirliyinə gül dəstələri gətirirlər
AZAL-ın Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycanın Astanadakı səfirliyi önünə gül dəstələri düzülür. Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
Oxuməni.az xəbər verir ki, Qazaxıstan paytaxtının sakinləri AZAL aviaşirkətinin Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verir və onlara dəstək olur.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu ilə uçan Embraer 190 sərnişin təyyarəsi Aktau hava limanından 3 km aralıda qəzaya uğrayıb.
Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşının olduğunu bildirib.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan və Qazaxıstan vətəndaşı olan bir qrup şəxs Mangistau vilayətində yerləşən regional xəstəxanaya axın edərək yaralılara yardım məqsədilə qanvermə aksiyası keçiriblər.
Oxuməni.az