Paşinyan koronavirusa yoluxub və MDB-nin Sankt-Peterburq sammitinə getməyəcək
Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.
“Həmkarlarımla məsləhətləşdikdən sonra bu gün Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm”, - o deyib.
Baş nazir həmçinin bildirib ki, günün sonuna kimi Aİİ-nin Ali İqtisadi Şurasının dekabrın 26-da keçiriləcək iclasında iştirak edib-etməmək barədə qərar verəcək.
Bu gün Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Birlik liderlərinin Yeni il qabağı qeyri-rəsmi sammitini keçirəcək. Dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib ki, görüşdə Rusiyanın MDB-də sədrliyinə yekun vurulacaq. Sədrlik bir il müddətinə Tacikistana keçəcək. Tədbirin rəsmi hissəsindən sonra ölkə liderlərinin qeyri-rəsmi ünsiyyəti planlaşdırılır. Tərəflər, xüsusilə, Qələbənin 80 illiyinin qeyd olunmasına hazırlıq məsələlərini müzakirə edəcəklər.
Oxuməni.az