İran WhatsApp və Google Play-ə qadağaları aradan qaldırıb
İran çərşənbə axşamı WhatsApp-dan istifadəyə qoyulan qadağanı ləğv edib. Məhdudiyyətlər iki ildən çoxdur ki, qüvvədədir.
Bu barədə “The Times of Israel” nəşri xəbər verir.
Medianın məlumatına görə, İranın internetin qorunmasına cavabdeh olan Ali Şurası dekabrın 24-də məşhur messencerə qoyulan qadağanın ləğvi üçün səs verib.
IRNA agentliyi yazır: “WhatsApp və Google Play-ə qoyulan qadağa Kiberməkanın Ali Şurasının üzvlərinin yekdil qərarı ilə götürülüb”.
İranın rabitə naziri Səttar Haşimi deyib: “Bu gün yekdilliklə və konsensus əsasında internetə qoyulan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində ilk addımı atdıq”.
Oxuməni.az
Digər xəbərlər