Türkiyədə partlayıcı maddələr fabrikində baş verən partlayışda 12 nəfər ölüb
Türkiyənin qərbində, Balıkesir şəhərində partlayıcı maddələr fabrikində partlayış baş verib. Sondakika xəbər verir ki, vali İsmayıl Ustaoğlu bildirib ki, nəticədə 12 nəfər ölüb, daha 4 nəfər yaralanıb.
İsmayıl Ustaoğlunun sözlərinə görə, yeni partlayış riski yoxdur. Fövqəladə vəziyyətə nəyin səbəb ola biləcəyi hələ müəyyən edilməyib. Hakimiyyət təxribat ehtimalını istisna edir.
“Anadolu” xəbər verir ki, partlayış kapsul istehsalı sexində baş verib. Partlayışdan sonra yanğın başlayıb. Hadisə yerinə rayona 112 təcili yardım və yanğınsöndürmə briqadası göndərilib.
Oxuməni.az
Digər xəbərlər