Vladiqafqazda ticarət mərkəzində partlayış baş verib, ölən var
Şimali Osetiyanın Vladiqafqaz şəhərində yerləşən “Alania Mall” ticarət mərkəzində partlayış baş verib, binanın şüşələri sınıb.
Bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, fövqəladə vəziyyət nəticəsində 9 nəfər xəsarət alıb, 1 nəfər həlak olub.
“Zərərçəkənlər haqqında məlumat: bir qadın ölüb.O, insident zamanı içəridə olub.Daha bir zərərçəkənin vəziyyəti müəyyənləşdirilir. Həkimlər onu aparıblar”, – Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Sergey Menyaylo Telegram kanalında yazıb.
Onun sözlərinə görə, hadisə yerinə respublika əməliyyat xidmətləri gedib. Partlayışın saat 8:30 radələrində binanın üst mərtəbəsində baş verdiyi güman edilir.
Yanğına səbəb məişət qazının partlaması olub. Bu barədə əməliyyat xidmətindən məlumat verilib.
Almaz Həsənli