Türkiyə Hələbdə konsulluq açacaq

Türkiyə Hələbdə konsulluq açacaq

25 Dekabr 20:18
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Hələbdə baş konsulluğunun tezliklə açılacağını və Ankaranın Suriyanın yeni hakimiyyət orqanlarına bütün sahələrdə dəstəyini davam etdirəcəyini bildirib.

"Biz Dəməşqdəki səfirliyimizi yenidən açmışıq və tezliklə Hələbdə baş konsulluğumuzu açırıq. Biz görürük ki, Suriyanın yeni administrasiyasının lideri hakimiyyət dəyişikliyi zamanı prosesə çox yaxşı rəhbərlik edib. Onun mülayimliyi və konstruktivliyi yüksək qiymətləndirilib. Biz Suriyaya lazım olan hər şeydə dəstək verəcəyik. Enerjidən təhsilə və səhiyyəyə, təhlükəsizlikdən ticarətə qədər biz yeni hakimiyyətə kömək edəcəyik ki, Suriya bərpa olunsun. Öz potensialını gücləndirsin və dövlət qurumlarının yenidən öz əsas vəzifələrini yerinə yetirməsinə imkan versin. ", Ərdoğan açıqlamasında bildirib.

Oxuməni.az