Tramp Kanadanın ABŞ-ın 51-ci ştatı olacağı təqdirdə vergilərin azaldılmasına söz verib
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milad təbrikində Kanadanın baş naziri Castin Trüdonu qubernator adlandıraraq ona zəng edərkən bildirib ki, Kanada əraziləri ABŞ-ın 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60%-dən çox azalacaq.
Oxuməni.az xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Kanada qubernatoru Castin Trüdoya Milad bayramınız mübarək. Onun vətəndaşlarına həddindən artıq vergi qoyulub, lakin Kanada 51-ci ştat olsa, onların vergiləri 60%-dən çox azalacaq, biznesləri ikiqat artacaq və onlar dünyada heç bir başqa ölkədə olmadığı kimi qorunacaqlar,”-o bildirib.
Bundan əlavə, ABŞ-ın yeni seçilmiş prezidenti “Panama kanalını ehtiyatla, lakin qeyri-qanuni şəkildə idarə edən gözəl Çin əsgərlərinin” Milad bayramını təbrik edib. Tramp həmçinin Qrenlandiyanın Milad bayramını təbrik edib və "ABŞ-ın milli təhlükəsizlik məqsədləri üçün ehtiyac duyduğunu və ABŞ-ın [onun torpağında] olmasını istəyir". "Biz orada olacağıq," –o əlavə edib.
Almaz Həsənli